Tbilisidə etirazlar zamanı 21 polis yaralanıb
02/12/2024 - 08:45
Dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb. APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Qurumun məlumatına görə, son aksiyalar zamanı ümumilikdə 113 polis xəsarət alıb, onların 4-ü hələ də xəstəxanadadır. DİN aksiya iştirakçılarını qanunu pozmamağa və polisin göstərişlərini yerinə yetirməyə çağırıb.