TƏCİLİ! Əliyev Paşinyan və Putinlə görüşməyəcək

25/12/2022 - 15:09

Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmayıb.

Qafqaz.media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, sonuncu dəfə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan üçtərəfli formatda oktyabrın sonunda Soçidə görüşüb.

Dekabrın 9-da Avropa İttifaqının Bişkek sammiti çərçivəsində Rusiya Federasiyası prezidentinin Ermənistanın baş naziri ilə ayrıca görüş keçirilib.