Tramp hesab edir ki, dünya artıq onun seçki qələbəsinə hazırlaşır

18/09/2024 - 07:43

Sabiq ABŞ prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, başqa ölkələr onun noyabr seçkilərində qalib gəlməsinə demokrat rəqibi Kamala Harrisdən daha çox hazırlaşır. APA xəbər verir ki, Tramp bunu Miçiqan ştatının Flint şəhərində seçicilər qarşısında danışarkən deyib. “Baxmayaraq ki, mənimlə iqtisadi məsələlərdə qarşı-qarşıya gəlməməyə üstünlük verirlər onlar hətta bunun olmasını istəyirlər. Həqiqətən də onlar bunun baş verməsini istəyirlər. Çünki dünya partlamaq ərəfəsindədir və mənimlə o, partlamayacaq.”, - deyə o bildirib. Qeyd edək ki, bu, ona qarşı sentyabrın 15-də baş vermiş sui-qəsd cəhdindən sonra seçicilər qarşısında ilk çıxışıdır. Tramp çıxışı zamanı sui-qəsd cəhdinə də münasibət bildirib. O deyib ki, prezident olmaq həmişə müəyyən qədər təhlükəlidir. Lakin o əmin edib ki, hələ də dövlət başçısı postunu tutmağı planlaşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57