TRAMP UESTƏ SEÇKİYƏ QATILMAMAĞI TÖVSİYƏ ETDİ – “Bu, vaxt itkisidir…”

27/11/2022 - 20:38

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kanye Uestə ABŞ prezidentliyinə namizəd olmamağı tövsiyə edib. Buna səbəb kimi, yenə də uduzacağının göstərib.

Qafqaz.media Rusiya mətbuatına istinadən xəbər verir ki, Tramp bunu ağdərili, irqçilikdə ittiham olunan ifrat sağçı Nik Fuentesin də iştirak etdiyi birgə şam yeməyi zamanı deyib.

“Mən qaradərili Kanye Uestə kömək edirəm. O, biznesini və demək olar ki, hər şeyini məhv etdi. Amma həmişə mənə qarşı mehriban idi. ... O, görüşə üç nəfərlə gəldi: iki nəfəri tanımırdım, üçüncü siyasətçini isə uzun illərdir ki, görmürəm”, - Tramp görüşlə bağlı sosial şəbəkələrdə bildirib.

“Və sonra ona dedim ki, seçkiyə qatılma, bu, vaxt itkisidir, çünki qalib gələ bilmirsən”, - ABŞ-ın keçmiş lideri əlavə edib.

Trampın Uest və Fuenteslə nahar etməsi xəbəri hətta bəzi respublikaçılar tərəfindən də tənqid edilib. Məsələn, Trampın hakimiyyəti illərində ABŞ-ın İsraildəki səfiri vəzifəsində çalışmış pravoslav yəhudi Devid Fridman açıq şəkildə keçmiş rəhbəri pisləyib və görüşü “qəbuledilməz” adlandırıb.

Qafqaz.media