TRAMPIN OĞLU PELOSİNİN ZELENSKİ İLƏ "ÇILPAQ" GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI… - Foto

23/12/2022 - 14:23

ABŞ-ın Ukraynadakı müharibəyə maddi və hərbi-texniki dəstək verməsi Rusiyaya qarşı mövqedə olan dövlətlərə tərəfindən məqbul qarşılanır.

Amma Donald Tramp və onun həmfikirləri tərəfindən sərgilənən davranış belə bir təəssürat yaradır ki, Ağ Evin sahibi dəyişsə, Rusiyanın cilovlana bilməyən təcavüzkarlığı qarşısında Vaşqintonun münasibəti də dəyişimə məruz qalacaq.

Üstəlik, Donald Trampın seçilməsində Rusiyanın hakerlərinin müdaxiləsinin xüsusi rolu olması fərziyyəsinin əsaslı olması özünü doğruldur. Ata Trampın rusyönlü mövqeyi bəs etmirmiş kimi, indi də onun oğlu “Kiçik Donald Tramp” ABŞ-ın Ukraynaya dəstəyini tənqid etməyə davam edir.

Belə ki, fotomontajla ərsəyə gəlmiş ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin “çılpaq halda” Ukraynanın kədərli prezidenti ilə otaqda “yanaşı şəkli” onun sosial şəbəkələrində yayımlanıb.

Fotonun üzərindən isə, “Bax, o qədər də pis deyildi. İndi gəlin sizə o 47 milyard dolları verək”, başlığı atılıb.

Qeyd edək ki, sabiq prezidentin oğlunun bu paylaşımı ciddi etirazlara səbəb olub. Bəzi istifadəçilər məlum kollaja elə kollajla cavab veriblər: