Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı

13/11/2023 - 20:26

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadıldı.

Resmi Gazete" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qanun layihəsini təsdiq edib.

Bundan əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

Qeyd edək ki, atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu il yanvarın 30-da açılıb. Mərkəz Ağam rayonu ərazisində fəaliyyət göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33