Türkiyə ilə bağlı şok addım: Rusiyaya ixracı azaltmasa...

07/08/2024 - 11:31

Vaşinqton administrasiyası Türkiyənin Rusiyaya hərbi texnika və hissələri ixrac etməsi ilə bağlı Ankaraya xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə yüksək rütbəli ABŞ rəsmisi “Financial Times” qəzetinə danışıb.

“Vaşinqton Türkiyəyə xəbərdarlıq edib ki, əgər o, ABŞ-ın Rusiyaya hərbi əhəmiyyətli texnika ixracını azaltmasa, bunun nəticələri olacaq”, - deyə ABŞ rəsmisi bildirib.

Qeyd olunub ki, ABŞ ticarət nazirinin müavini Metyu Akselrod bu ticarəti dayandırmaq üçün bu yaxınlarda Ankara və İstanbulda türk rəsmiləri ilə görüşüb.

“ABŞ texnologiyalarının Rusiyaya qeyri-qanuni axınını dayandırmaq üçün Türkiyənin köməyinə ehtiyacımız var. Türk səlahiyyətlilərinin buna əməl etdiyini görməliyik, əks halda bizim ixrac nəzarətimizdən yayınanlara qarşı sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”, - Akselrod qeyd edib.

Qəzetdə Vaşinqtonun xəbərdarlığının Türkiyə ilə ABŞ münasibətlərini və Rusiya ilə ticarəti korladığı bəyan edilib. Türkiyənin ABŞ, Aİ və digər Qərb müttəfiqləri kimi Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyi də xatırladılıb.

Britaniya mediası ABŞ-ın, xüsusilə Türkiyənin Qərb istehsalı olan elektron cihazların, o cümlədən prosessor, yaddaş kartları və gücləndiricilərin Rusiyaya göndərilməsindən narahat olduğuna diqqət çəkib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ