“Türkiyə LGBT ölkəsi deyil, biz bu hərəkatı Vətənimizdən siləcəyik”- ƏRDOĞAN

21/12/2022 - 15:13

“Türkiyə LGBT ilə əlaqəli hər şeyi qadağan edəcək”.

Qafqaz.media xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında bildirib.

“Türkiyə pozğunlar ölkəsi deyil. Mən açıq danışacağam. LGBT bizim müqəddəs kitabımızda yoxdur. Bu, bizim dəyərlərimizin bir hissəsi deyil. Qarşıdakı dövrdə bu pozğunlarla mübarizədə daha ayıq və daha sərt olacağıq. Türkiyə LGBT ölkəsi deyil, biz bu hərəkatı Vətənimizdən siləcəyik. Türkiyədə LGBT ilə bağlı bütün filmlər, ədəbiyyat, proqramlar və hər şey qadağan olunacaq”, - deyə Ərdoğan bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12