Türkiyə Misirə səfir təyin edə bilər - ÇAVUŞOĞLU AÇIQLADI

28/11/2022 - 16:27

“Türkiyə qarşıdakı aylarda Misirə səfir təyin edə bilər”.

Qafqaz.media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, nazir müaviləri səviyyəsndə məsləhətləşmələr yendiən təşkil oluna bilər.

M.Çavuşoğlu, həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü barədə danışıb: “Proses uğurla davam edir. Amma hələ atılması lazım olan addımlar var. İsveç daha çox addım atmalıdır”.