Türkiyə ordusu terrorçuların yeni hədəflərini məhv edib - Video

16/01/2024 - 09:11

Türkiyə ordusu İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatlarında terrorçuların 23 hədəfini məhv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb:

“Sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq yanvar ayında İraqın və Suriyanın şimalında Metina, Hakurk, Qara, Qəndil və Asos bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib”.

Bildirilib ki, 15 yanvar 2024-cü il saat 22.00-da Separatçı Terror Təşkilatının istifadə etdiyi və məsul terrorçuların olduğu hesab edilən mağaralar, sığınacaqlar, silah-sursat/material anbarları, sığınacaqlar və təbii qaz istehsal müəssisələri də daxil olmaqla 23 hədəf məhv edilib.

Qafqaz.Media

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09