Türkiyədə yenidən 4,6 bal gücündə zəlzələ olub

08/02/2023 - 23:02

Türkiyənin Ərzurum bölgəsində zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 20:57-də qeydə alınıb.

Zəlzələnin gücü 4,6 balla qiymətləndirilib.