Ukrayna Enerqodara hücum etdi: ən azı 5 partlayış oldu...

06/11/2024 - 20:45

Ukrayna qoşunları Zaporojye AES-in Enerqodar şəhərinə və AES yaxınlığındakı sahil zolağına hücum etmək üçün PUA-dan istifadə edib. Axar.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Yevgeni Balitski məlumat verib. “Ukrayna hərbçiləri PUA-lardan Enerqodar şəhərinin infrastrukturuna və Zaporojye Atom Elektrik Stansiyasına yaxın sahil xəttinə hücum etmək üçün istifadə edirlər”, - bildirib. O, Enerqodar sakinlərini sakit olmağa və hücum dayanana qədər küçələrə çıxmamağa çağırıb. Şəhərdə ən azı 5 partlayış baş verdiyi bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15