“Ukrayna Krımı qaytarmaq üçün yetərli hərbi potensiala malikdir, amma… ”- ABŞ-dan AÇIQLAMA

17/12/2022 - 12:57

“Ukraynanın Krımı geri almaq üçün hərbi gücü var, lakin bəzi rəsmilər yarımadanın Rusiya tərəfindən işğalını təhdid edən istənilən genişmiqyaslı hücumun Vladimir Putini nüvə silahından istifadə etməyə sövq edə biləcəyindən narahatdırlar”.

Qafqaz.media xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadən yazır.

Bayden administrasiyasının rəsmisi hesab edir ki, yaxın məsafədə Ukraynanın Krımı qaytarmaq kimi məqsədi yoxdur. Amma Krıma hücum da qaçılmaz deyil.

"Ukraynalılar döyüş meydanında özlərini necə yaxşı apardıqları ilə dünyanı şoka salmağa davam edirlər. Lakin Ukraynanın Krımı geri almaq üçün real hücuma keçməsindən əvvəl, hərbi baxımdan çox şey baş verməlidir", - ABŞ rəsmisi deyib.

Bayden administrasiyasının rəsmilərinə görə, Ukrayna Rusiyanın işğal etdiyi Krımı azad etməyə başlasa, Putin kifayət qədər küncə sıxışdırılacaq ki, bu halda daha sərt reaksiya verə bilər. Əsas narahatçılıq isə nüvə bombasından istifadə edilməsidir.

Qafqaz.media