Ukrayna ordusu Kremennaya şəhərini işğaldan azad etdi
26/12/2022 - 09:29
Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Kremmennaya şəhərini Rusiya işğalından azad edib.
Bu barədə UNIAN məlumat yayıb.
Lakin rəsmi mənbələr hələlik informasiyanı təsdiqləməyib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə “telegram-kanal”ında əhalini səbirli olmağa çağırıb.
Qeyd edək ki, Rusiya ordusu 2022-ci ilin aprel ayında Kremennaya şəhərini işğal etmişdi.