Ukrayna Trampa görə hazırlığa başladı: Əməliyyat bitir!

07/11/2024 - 08:47

Ukrayna Baş Qərargahı Kursk vilayətində üç aylıq hərbi əməliyyatların yekunlarını açıqlayıb. Kiyev tezliklə bu əməliyyatın bütün tapşırıqlarının uğurla başa çatdığını elan edə bilər. Axar.az xəbər verir ki, bunu ukraynalı siyasi şərhçi Aleksandr Xarebin deyib. O bildirib ki, bu, Donald Trampa Kiyevin potensial danışıqlara hazır olması barədə siqnal ola bilər: “Mümkündür ki, Ukrayna tərəfi Kursk əməliyyatının tapşırıqlarının tamamlandığına qərar verəcək. Bu da müharibə bitdikdən sonra danışıqlarda sövdələşmə vasitəsi ola bilər”. Qeyd edək ki, Ali Radanın deputatı Maryana Bezuqlaya Ukrayna ordusunun Kurskdan çıxarılmasına hazırlıq görüldüyü haqda məlumat yaymışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15