UKRAYNADAKI HELİKOPTER QƏZASINDA SABİQ NAZİR ŞÜBHƏLİ BİLİNİR... - Xüsusi xidmət Avakovun evində axtarış aparıb

01/02/2023 - 14:05

Ukraynanın sabiq Daxili İşlər naziri Arsen Avakovun evində axtarış aparılıb.

Ukrayna mətbuatı xəbər verir ki, Avakovun evində və ofisində aparılan axtarışları Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna İstintaq Bürosu həyata keçirib.

Məlum olub ki, axtarışlar Avakovun nazir olduğu dövrdə Fransadan alınmış “Airbus” helikopterləri ilə bağlıdır. Belə ki, bir müddət əvvəl məhz həmin helikopterlərdən birinin qəzaya uğraması nəticəsində Ukraynanın Daxili İşlər naziri və bir neçə yüksək vəzifəli məmur həlak olublar. Hələ ki, hüquq-mühafizə orqanları axtarışın nəticələri barədə açıqlama verməyiblər.

Qeyd edək ki, bəzi nüfuzlu KİV-lər Ukraynadakı məlum helikopter qəzasında erməni əsilli Avakovun əlinin olduğunu, bununla Ermənistana verilən silahların, xüsusilə də dronların izinin itirilməsinə cəhdlər edildiyini iddia edir.