Ukraynadan Rusiya aerodromlarına ardıcıl hücumlar… - AMERİKA MEDİASI DETALLARI AÇIQLADI
“Rusiya Federasiyasının Kursk, Ryazan, Saratov vilayətlərindəki aerodromlara pilotsuz təyyarə hücumları Ukrayna tərəfindən təşkil edilib”.
Qafqaz.media xəbər verir ki, bu barədə yüksək rütbəli ukraynalı məmur “The Washington Post”-a bildirib.
"Bunlar Ukrayna pilotsuz təyyarələri idi - çox uğurlu, çox effektiv zərbə endirildi", - mənbə bildirib.
“Washington Post” mənbəsi hücumun təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, Ukrayna ilə sərhəddən bir neçə yüz kilometr aralıda yerləşən Saratov və Ryazan vilayətlərindəki aerodromlar dekabrın 5-də hücuma məruz qalıb. Ertəsi gün Kursk vilayətindəki aerodroma pilotsuz təyyarənin hücumu barədə məlumat yayılıb.
Rusiya baş verənlərə görə Ukraynanı günahlandırıb, Kiyev isə məsuliyyəti üzərinə götürməyib.
Qafqaz.media