"Ukraynalılar iki-üç il dözməyə hazırdırlar" - Birinci xanım Yelena Zelenskaya

25/11/2022 - 11:54

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya BBC-nin köşə yazarı Liz Dussetə müsahibəsində maraqlı fikirlər səsləndirib.

Qafqaz.media xəbər verir ki, Ukraynanın birinci xanımı Rusiya qoşunlarının ölkəsinə hücumundan keçən 9 ay ərzində baş verənlərə və son günlər işıqların kəsilməsi durumunda yaşananlara aydınlıq gətirib:

“Bilirsiniz ki, bu aylar ərzində bizimi çox ağır sınaqlarımız olub ki... O qədər dəhşətli sınaqlar, o qədər qurbanlar, o qədər dağıntılar gördük ki, ölkədə işıqların kəsilməsi baş verə biləcək ən pis şey deyil. Biz daha bacarıqlı oluruq, bütün vacib olan işləri işıqla etməyə çalışırıq. İşıq olanda heç nəyi sonraya təxirə salmırıq.

Елена Зеленская во время интервью Би-би-си

Təəssüratlarımı bölüşə bilərəm. Keçən həftə bir sosioloji sorğu tamamlandı - onlar ukraynalılardan daha nə qədər dözə biləcəklərini soruşdular. Bu şəraitdə nə işıq, nə istilik. Bilirik ki, evlərimizdə istilik yoxdursa, qış bizim üçün başqa bir sınaq ola bilər. Ukraynalıların əksəriyyəti - respondentlərin 90%-dən çoxu cavab verdilər ki, bizim Aİ-yə üzvlük perspektivimizi görsələr, iki-üç il buna dözməyə hazırdırlar. Onlar Avropa ailəsində olmaq istəyirlər. Biz bunun səbəbini bilirik: qələbə üçün, özünə hörmət üçün, demokratik düzənin bizi gözlədiyi üçün - və biz orada başqaları ilə bərabər səviyyədə olmaq istəyirik. Ukraynalılar buna dözməyə hazırdırlar. Biz bu məsələlərə nikbin yanaşırıq”.

Qafqaz.media