Universitetin dekan müavini faciəli şəkildə öldü

29/07/2024 - 15:18

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim Fövzü Quliyev faciəvi şəkildə vəfat edib. Modern.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, AzMİU-nun İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə ölüb. Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonunu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib. Mərhumun 2 övladı qalıb. Fövzü Manaf oğlu Quliyev  1976-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində (indiki Ciçəkli) anadan olub. 1994-98-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində şəhər bələdiyyə tikintisi və təsərrüfatı ixtisasını bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Şəhər bələdiyyə tikintisi və təsərrüfatı”kafedrasında baş laborant vəzifəsinə işə qəbul edilib. 2002-ci ildən başlayaraq əvvəl saat hesabı müəllim, sonra assistent kimi fəaliyyətini davam etdirib. 2012-ci ildə doktoranturaya qəbul olunub. 2017-ci ildə dissertasiya işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2013-cü ildən Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında baş müəllim, 2021-ci ildən isə İnşaat konstruksiyaları kafedrasında dosent vəzifəsində çalışıb. 2022-ci ilin mart ayından isə İnşaat fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilib.

Allah rəhmət eləsin.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21