ÜST-ün Baş direktoru Bakıda pandemiyalardan danışdı
12/11/2024 - 16:11
“Analizlərimiz onu göstərir ki, hər şey bizim əlimizdədir”. APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyalarla bağlı aparılmış analizlərə əsasən gələn il üçün vəziyyətin necə olacağı barədə suala cavabında deyib. Qebreyesus vurğulayıb ki, hazırlıqlı olsaq, pandemiyaların qarşısını almaq üçün hər şeyi etsək, bacara biləcəyimiz çox şey var. “Hər şey bizim əlimizdədir. Hazırlıqlı olsaq, bu, baş verməyəcək”, - deyə Baş direktor qeyd edib.