Vasif Talıbov 40 milyonluq villasını satışa çıxardı - FOTO

02/01/2023 - 12:19

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. V.Talıbov vəzifədən gedəndən sonra da onun personasına maraq azalmayıb.  

Qafqaz.media xəbər verir ki, "Yeni Sabah" saytı keçmiş sədrlə bağlı maraqlı məlumat əldə edib.

Belə ki, Talıbovlara yaxın şəxslərdən birinin məlumatına görə, sözügedən ailə Londondakı dəbdəbəli villasını satışa çıxarıb. Bu məqsədlə Böyük Britaniyada əmlak satışı ilə məşğul olan tanınmış şirkətlərdən biri ilə müqavilə imzalanıb.  

Mənbə deyib ki, Vasif Talıbovun Londondakı villası 40 milyon funt sterlinqə başa gəlsə də, daha ucuz qiymətə satışa çıxarılıb.  

Məlumatlı şəxs Talıbovların Bakı və Naxçıvamdakı villalarını da satmağa hazırlaşdıqlarını deyib.