Vasif Talıbovun qardaşı vəzifədən azad edildi - RƏSMİ

29/12/2022 - 17:45

Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.

Qafqaz.media xəbər verir ki, M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, M.Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.

Məhərrəm Talıbov