“Washington Post”: Ukraynanın Krımı qaytarması təxirə salınmalıdır

25/01/2023 - 12:41

“Həm Vaşinqton, həm də Kiyev hesab edir ki, Krımın güc yolu ilə qaytarılması uğursuzluqla nəticələnə bilər”.

Qafqaz.media xəbər verir ki, bu barədə “The Washington Post”-un beynəlxalq köşə yazarı David İqnatius yazır.

“ABŞ və Ukraynadakı bir çox rəsmilərin fikrincə, Krım yarımadasını ələ keçirmək üçün genişmiqyaslı əməliyyat real deyil. Ona görə ki, Putin Krıma hücumun nüvə eskalasiyasını tətik ola biləcəyinə eyham vurdu”, - İqnatius qeyd edir.

Jurnalistin fikrincə, Bayden administrasiyası ukraynalıların Krımın qaytarılmalı olduğu fikri ilə razıdır, lakin indiki dönəmdə Ukraynanın yeni hücumların hədəfi olmaqdan əl çəkməsi daha vacibdir.

Qafqaz.media