Xalq artisti Alim Qasımov "Heydər Əliyevin 100 illik yubiley" ( 1923-2023) medalına layiq görüldü
Ulu öndərimiz sağlığında muğama çox dəyər verirdi. Muğam ifaçılarını həmişə diqqət mərkəzində saxlayırdı.Heydər Əliyev kursunun layiqli davamçıları cənab, Ali Baş Komandanımız İlham Əliyev və həyat yoldaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fonduyla birgə muğamın həmişə qayğısına qalırlar. Neçə-neçə irimiqyaslı Muğam müsabiqələri təşkil edirlər.
Muğam deyiləndə mənim yadıma ən çox Xalq artisti Alim Qasımov düşür.
Ən ali medala "Heydər Əliyevin 100 illik yubiley" ( 1923-2023) medalına böyük sənətkarımız Alim Qasımovun da layiq görülməsi çox böyük sevindirici haldır. Həm də təqdirəlayiqdir. Bu muğama, muğamata verilən qiymət, dəyərdir.
Alim müəllim, mükafatınız mübarək olsun!!! Qızınız Fərqanə bacımızla incəsənətə, mədəniyyətə müstəsna xidmətləriniz bol olsun!!!
Fuad BİLƏSUVARLI
Qafqaz.Media