Xalq artisti tamaşa zamanı vəfat etdi

26/08/2024 - 08:46

Rusiyanın xalq artisti Leonid Remnev tamaşa zamanı dünyasını dəyişib. Kult.az Baku.vs-ə istinadən xəbər verir ki, o, ötən gün Nijni Novqorod Gənclər Teatrında Sergey Jeleznovu oynadığı "Vassa" tamaşasında vəfat edib. Qeyd edək ki, Remnev 1946-cı il avqustun 2-də doğulub. Qorki adına Teatr Məktəbini və Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Remnev 1972-ci ildən işlədiyi Nijni Novqorod Gənclər Teatrının aparıcı aktyoru olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49