Xerson atəşə tutuldu, 10 nəfər həlak oldu, onlarla insan yaralandı - FOTOLAR

24/12/2022 - 22:41

Şənbə günü səhr Rusiya hərbçilərinin Xerson şəhərini atəşə tutması nəticəsində azı 10 nəfər həlak olub, 58 nəfər yaralanıb, onlardan 18-nin vəziyyəti ağırdır.

Qafqaz.media xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib.

Bundan əvvəl Xerson vilayət prokurorluğu səkkiz nəfərin öldüyü barədə məlumat vermişdi.

“Mülki infrastruktur obyektlərinə, o cümlədən yaşayış binalarına, inzibati binalara və nəqliyyat vasitələrinə ziyan dəyib”, - deyə prokurorluqdan bildirilib.

после обстрела Херсона

Yerli hakimiyyət orqanlarının məlumatına görə, bazar və ticarət mərkəzi də atəşə tutulub. Atəş nəticəsində altı avtomobil yanıb.

Ukrayna Dövlət Fövqəladə Xidməti hesab edir ki, şəhər “Qrad” reaktiv yaylım atəşinə tutulub.

раненый, Херсон

Ukrayna prezidenti Vladimir Zelenski Xersonun mərkəzinin atəşə tutulmasının nəticələrini əks etdirən fotoları dərc edib.

Rusiya rəsmiləri hadisə ilə bağlı şərh verməyib.

пострадавший в результате обстрела Херсона

Xerson vilayəti administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib ki, son sutka ərzində rus qoşunları Xerson vilayətini 74 dəfə atəşə tutub.

Mart ayında rus hərbçiləri tərəfindən işğal olunan Xerson noyabrın əvvəlində Ukrayna ordusu tərəfindən azad edilib.

Qafqaz.media