XİN rəhbəri:“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət planı köhnəlir”

09/12/2023 - 23:42

“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət planı köhnəlir”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib.

“Qırmızı xətlərimiz qarşı tərəf tərəfindən qəbul edilmədiyinə görə bu gün biz fəaliyyət planı ilə bağlı saziş imzalamaq yolunda deyilik. Bu da, plandan imtina etmək deməkdir. Vaxt çərçivəsi yoxdur və nə qədər irəli getsəniz, nəticə bir o qədər efemer olur”-deyə, o bildirib.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi “The Financial Times” nəşrinə müsahibəsində deyib ki, nüvə proqramı ilə bağlı vəziyyət qeyri-müəyyəndir, İranın zənginləşdirilmiş uran ehtiyatı saxlamasının yaratdığı risklər gözdən qaçırılmamalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33