Xüsusi karantin rejiminin müddəti uzadıldı
11/03/2024 - 12:38
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
Qafqaz.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Xatırladaq ki, daha əvvəl xüsusi karantin rejiminin müddəti 2 aprelədək nəzərdə tutulmuşdu.
Qafqaz.Media