Xəzər dənizində 117 şübhəli bağlama müəyyən olunub - VİDEO

21/09/2024 - 13:03

Sentyabr ayının 18-də Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb. APA xəbər verir ki, bu barədə DSX-nın Mətbuat Mərkəzi məlumat yayıb. Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri və sahil xəttinin qapadılması nəticəsində 3 (üç) ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 (yüz on yeddi) ədəd şübhəli bağlama müəyyən olunub. Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300 000 AZN məbləğində aksiz markasız 146.790 (yüz qırx altı min yeddi yüz doxsan) qutu tütün məmulatı aşkar olunaraq götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10