Xəzərdə zəlzələ oldu

28/11/2022 - 10:28

Xəzər dənizində zəlzələ olub.

Qafqaz.media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Bildirilib ki, zəlzələ dünən saat 13:26-da qeydə alınıb.

Yerin 60 kilometr dərinliyində baş verən zəlzələnin maqnitudası 3 bal gücündə olub.

Qafqaz.media