Zavodda partlayış: 12 nəfər ölüb, xeyli insan yaralanıb

31/10/2024 - 10:36

Meksikanın mərkəzindəki Tlaxcala əyalətində fəaliyyət göstərən zavodda baş verən partlayışda 12 nəfər həyatını itirib. Publika.az xəbər verir ki, bu barədə Meksikanın yerli mətbuatında bildirilib. Məlumata görə, əyalətin San Kosme Xaloztoc qəsəbəsindəki polad zavodunda partlayış olub. Nəticədə 12 nəfər ölüb, çox sayda insan yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib. Tlaxcala əyalətinin qubernatoru Lorena Kuellar hadisənin prokurorluq tərəfindən hərtərəfli araşdırıldığını açıqlayıb. Hadisə ilə bağlı böyük kədər duyduqlarını bildirən Kuellar "Mərhumların ailələrinin yanındayıq, onları bu çətin zamanda tək qoymayacağıq" deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15