Zəlzələdən 205 saat sonra 35 yaşlı qadın xilas edildi

14/02/2023 - 18:20

Kahramanmaraşda baş vermiş zəlzələdən 205 saat sonra dağıntılar altından 35 yaşlı qadın xilas edilib.

Qafqaz.media bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Qadının artıq xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.