34 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub
16/05/2024 - 10:34
2024-cü ilin yanvar-aprel ayları ərzində 33 388 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.
Fonddan APA-ya verilən xəbərə görə, dünyaya gələn uşaqların 15 683 nəfəri qız, 17 705 nəfəri isə oğlandır.