41 mindən çox tələbə krediti müqaviləsi rəsmiləşdirilib

15/09/2024 - 07:42

Təhsil Tələbə Krediti Fondu (TTKF) 4-cü tədris ilinə və təhsil kreditlərinin verilməsi üzrə 7-ci semestrə uğurla başlayıb. Ötən 3 il ərzində TTKF 53 mindən çox müraciət alıb və indiyədək 41 mindən çox təhsil tələbə krediti müqaviləsini uğurla rəsmiləşdirib. Modern.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "LinkedIn" hesabında məlumat paylaşıb. Nazir müavini qeyd edib ki, TTK-ların 35%-i sosial, 65%-i isə standart kreditlərdir. "Bu tədris ilində kredit alan tələbələrin 63%-i xanımlar, 37%-i isə kişi tələbələrdir. Bu göstərici təhsil imkanlarının gender faktorları nəzərə alınmaqla genişləndirilməsini vurğulayır. 2024/2025 tədris ilinin payız semestri üzrə indiyədək 8000 müraciət qeydə alınıb, 5000 kredit rəsmiləşdirilib ki, bu da müraciətlərdə ötən ilin eyni dövrünə nisbətən 20% artım olduğunu göstərir. Keçən dövr ərzində sosial bərabərliyi təmin etmək, aztəminatlı ailələrdən olan tələbələrin təhsilə çıxışını artırmaq və təhsilin əhatə dairəsini genişləndirmək yolunda mühüm nailiyyətlər əldə edilib" - deyə nazir müavini yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00