“5-10 gənci bir yerə yığmaqla, narkomaniyaya yox demək olmaz” – TANINMIŞ JURNALİST

13/11/2024 - 15:09

Surxay Şahbazov: “Bu işlər adətən formal xarakter daşıyır...”

“Hanısa əlavə tədbirlər görülənə kimi, biz öz üzərimizdə düzəlişlər etməliyik”

“Əsrin bəlası hesab olunan narkomaniya qarşı mübarizə hər kəsi dərindən düşündürməlidir”.

Stopnarkotik.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Surxay Şahbazov bildirib. Onun sözlərinə görə, dövlət tərəfindən bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilir və bundan irəli gələn vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.

“Ancaq hesab edirəm ki, bu istiqamətdə cəmiyyətin üzərinə daha çox vəzifə düşür”, - deyən S.Şahbazov bu fikirdədir ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə mühüm amildir: “Ailədə göz açan hər bir uşaq, belə desək, böyüdükcə zəmanələrinə oxşayır. Bu istiqamətdə əsas vasitə maarifləndirmədən keçir. Cəza tədbirləri nə dərəcədə sərtləşdirilsə də, bu, çıxış yolu deyil. Narkomaniyaya gedən yollar və bunun qarşısının alınması üçün üzərimizə düşən vəzifələr daha aydın şəkildə dərk olunmalıdır. Məsələn, bu istiqamətdə bütün məsuliyyəti polisin üzərinə atmaqla kifayətlənə bilmərik. Aidiyyəti qurumların üzərinə düşən kifayər qədər vəzifə var, onlar tədbirlər planına uyğun olaraq fəaliyyət göstərirlər. Ancaq bu işlər adətən formal xarakter daşıyır. Yəni 5-10 gənci bir yerə yığaraq, müəyyən bir şüar seçməklə narkomaniyaya yox demək olmaz. Mən regionlara nəzərən demək istəyirəm ki, bu günün gəncliyi öz boş vaxını çayxanalarda, “Pizza hom”larda keçirir, sanki gənclərin boş vaxtının səmərəli təşkili üçün bu yerlər nəzərdə tutulub. Yadıma gəlir, mənim yeniyetmə olduğum illərdə bizə yaxın düz 3 ünvanda futbol meydançası var idi. İndi onların heç biri yoxdur. Bu ərazilər ev yerləri üçün satıldı. Burada böyüyəcək uşaqların, gənclərin boş vaxtının səmərəli təşkili düşünülmədi. İndi bu məhlələrin uşaqları bir yerə yığılıb futbol oynamaqdan mərhumdurlar. Həmçinin, məhlələrdə hansısa idman     qurğusu da yoxdur ki, onlar idmanla məğul ola bilsinlər”.

Surxay Şahbazov

Jurnalist deyir ki, narkomaniyaya qarşı mübarizədə tanınmış insanların da dəstəyindən faydalanmaq lazımdır: “Özünü ziyalı hesab edən hər kəs vətəndaşlıq borcu olaraq bunu etməlidir. İndi hər kəs birbaşa olmasa da, dolayı yolla bu bəlanın müsibətinə düçar olur. Kim özünü sığortalaya bilər ki, hər hansı bir doğması bu zərərli vərdişlərə sahib çıxmayacaq? Bəzən insanlar eşitdiyini, gördüyünü deməkdən çəkinir, sanki özünü pis etmək istəmir. İlk növbədə bu vərdişlərə “yox!” deməyimiz faydalı olar”.

Surxay Şahbazov hesab edir ki, narkotikə gedən yol zərərli vərdişlərdən, tütün məhsullarından başlayır: “Müşahdə aparsaq, ticarət obyektlərinin az qala məktəblərin icərsinə kimi ayaq acıdığına şahid olarıq. Yəni məktəblərin həyətləri də dükan yerləri kimi icarəyə verildiyindən, məktəbli oğlanlar “ştuçnu” siqaretlərə asanlıqla nəfsini salırlar. Məktəbliyə, yeniyetməyə siqaret satanın gərək vicdanı, mənliyi olsun. Yəni hanısa əlavə tədbirlər görülənə kimi, biz öz üzərimizdə düzəlişlər etməliyik.

Məncə, indi norkomaniyanın zərəri haqda hər kəs kifayət qədər məlumatlıdır. Artıq hər gün mediadan, daha çox cəmiyyətin yer aldığı sosial şəbəkələrdən informasiyalar tirajlanır. Qanunvericilikdə göstərilən qaydalara zamanında əməl edə bilsək, əlavə heç nəyə ehtiyac qalmaz”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00