“ABŞ Ukraynanın terror aktlarına görə məsuliyyətdən yayına bilməyəcək” – KREML VAŞİNQTONU HƏDƏLƏDİ

15/12/2022 - 12:55

“ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin terror aktlarına görə məsuliyyətdən yayına bilməyəcək”.

Qafqaz.media xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonu açıq şəkildə hədələyib. O, həmçinin ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə çatdırılması ilə də bağlı "xəbərdarlıq edib" və bildirib ki, bu amil ABŞ ordusunun Ukrayna münaqişəsində birbaşa iştirak riskini artıracaq.

Başqa sözlə, Zaxarova ABŞ-dan tələb edir ki, Ukraynada həyati əhəmiyyətli obyektləri sərbəst şəkildə məhv etmək imkanı versin və Ukrayna xalqını terrora məruz qoymaqda ona mane olmasın.

Zaxarova Lavrovun Hitlerlə bağlı sözlərinə aydınlıq gətirdi