ABŞ Yunanıstana MQ-9 Reaper PUA-larını yerləşdirir
ABŞ bir il müddətinə Yunanıstanın Larissa Hava Bazasına 8 təkmil MQ-9 Reaper Pilotsuz Uçuş Aparatını (PUA) yerləşdirib.
Qafqaz.media xəbər verir ki, yunan mətbuatında yer alan xəbərdən sonra Pentaqondan alınan məlumata görə, MQ-9 PUA-ları daha əvvəl geri çəkildiyi Larissa bazasına yenidən yerləşdirilib.
Noyabrın 12-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd MQ-9 Reaper PUA müvafiq texnika və şəxsi heyətlə Larissa aviabazasına gəlib.
Yerləşdirmənin bir il müddətinə və ABŞ-ın Avropa Komandanlığı (EUCOM) ilə Yunanıstan ordusu arasında ABŞ -Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində noyabrın 1-də imzalanan razılaşma çərçivəsində edildiyi öyrənilib.
Yunan ordusu iddia edib ki, bu yerləşdirmə müttəfiq qüvvələrlə əməkdaşlığı yaxşılaşdırmaq səylərinin bir hissəsidir və "NATO-nun qarşılıqlı fəaliyyətinə və çəkindirməsinə töhfə verəcək".
Qafqaz.media