Abşeronda birinci sinifə gedəcək şəhid övladları ilə görüş keçirildi

07/09/2024 - 15:03

Abşeron rayonunda “Bilik Günü” münasibəti ilə 2024-2025-ci tədris ili üzrə ali məktəbə daxil olan və birinci sinifə gedəcək şəhid övladları, o cümlədən yüksək bal toplayan abituryentlərlə görüş keçirilib.  “Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, digər rəsmi şəxslər və şəhid ailələri iştirak ediblər.  İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bu il ali məktəblərə keçirilən imtahanlarda uğur qazanan abituryentləri və məktəblərə ilk qədəmlərini qoyan şəhid övladlarını təbrik edib, onlara təhsil həyatlarında müvəffəqiyətlər arzulayıb. RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzuqgörənliyi, siyasi iradəsi, “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın və  ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra bütöv müstəqil  Azərbaycanda təhsilin tədrisi həyata keçirilməyə başlayıb. Bu il Qarabağ Universitetinin fəaliyyətə başladığını, abituryentlərdə bu təhsil ocağına böyük marağın olduğunu vurğulayan Abdin Fərzəliyev ölkəmizin hər yerində təhsilin keyfiyyətinə böyük önəm verildiyini, təhsilin inkişafının dövlətimizin prioritet məsələlərindən biri olduğunu qeyd edib. Sonda şəhid övladları olan birincilərə və tələbə adını qazanmış şəhid övladlarına, o cümlədən yüksək bal toplamış abituryentlərə hədiyyələr təqdim edilib, xatirə şəkili çəkilib. Qeyd edək ki, Abşeron rayonu ərazisində yaşayan 81 şəhid övladı məktəbli ləvazimatları ilə təmin olunub. 

 







 Bizi Telegramda izləyin

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42