Bakıda aktyor və xanımı qətlə yetirildi - Yenilənib

23/10/2024 - 14:28

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvad qətlə yetirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib. Belə ki, saat 21 radələrində həmin binadakı mənzilllərin birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb. 85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib. Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

***

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 22-si saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb. Hazırda araşdırma aparılır.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28