Afiyəddin Cəlilovun nəvəsi Türkiyəni də qarışdırdı: Görün camaatın başına nə oyun açdı - VİDEO

20/09/2024 - 23:35

Sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn Afiyəddin Cəlilovun nəvəsinin daha bir paylaşımı müzakirələrə səbəb olub. Publika.az xəbər verir ki, onun hazırda Türkiyədə eyni hərəkətləri təkrarladığı və insanları narahat etdiyi iddia olunur. Əli-Afiyəddinin ictimai nəqliyyatda lentə alınan görüntüləri birmənalı qarşılanmayıb. Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda qeyri-etik hərəkətlər edərək videolarını paylaşıb. Qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilmiş və psixiatriya xəstəxanasına yerləşdirilmişdi. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42