“Almaniya Rusiya ilə müharibəyə hazırlaşır” - Medvedev

03/03/2024 - 21:01

"Bundesver zabitləri arasındakı söhbət Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını göstərir”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib.

“Bundesver zabitlərinin söhbətini raket və tank oyunları kimi təqdim etmək cəhdləri pis niyyətli yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”, - siyasətçi yazıb.

O etiraf edib ki, “mülki siyasi rəhbərliyin bununla heç bir əlaqəsi yoxdur”.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ