Şeyxzamanlının nəvəsi ABŞ-də vəfat edib

07/03/2024 - 10:51

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının nəvəsi Belma Keykurun dünyasını dəyişib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, ABŞ-nin Texas ştatında hüquqşünas kimi çalışan Keykurun xərçəng xəstəliyindən vəfat edib.

Qeyd edək ki, ötən il Belma Keykurun anası da ABŞ-də vəfat etmişdi.

Fotoda Nağı bəy Şeyxzamanlı

 

                                     Qafqaz.Media


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ