Gürcüstan ötən il 41 Azərbaycan vətəndaşını deportasiya edib

22/01/2024 - 11:47

Gürcüstan ötən il 41 Azərbaycan vətəndaşını deportasiya edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə 4, dördüncü rübündə isə 5 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılıb. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 19-u yetkinlik yaşına çatmayanlar olub.

Gürcüstan ötən il ümumilikdə 190 əcnəbini deportasiya edib.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ