İspan polisi 35 ölkəyə narkotik satan dəstənin üzvlərini həbs edib
İspaniya polisi külli-miqdarda narkotik vasitənin ticarəti ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvlərini həbs edib.
APA-nın “El Periodico”ya istinadən xəbərinə görə, ABŞ, Böyük Britaniya, Almaniya, Latviya, Polşa, İtaliya və Dominikan daxil olmaqla, 35 ölkəyə marixuananın ixracı və satışını təşkil edən dəstə öz işini tibbi preparatlar satmaq pərdəsi altında qurub.
Onlar bu üsulla ümumilikdə 645 milyon avro qazanc əldə ediblər.
Şəbəkə dərman vasitəsi adı ilə pərdələdiyi narkotik vasitənin reklam kampaniyası üçün yerli musiqi qruplarının xidmətlərindən istifadə edib.
Polisin məlumatına əsasən, əməliyyat nəticəsində cinayətkar şəbəkənin 58 min 600 avro, eləcə də 116 min 300 avro məbləğlərindəki kriptovalyuta hesabına da həbs qoyulub.
O da qeyd edilib ki, dəstə üzvlərinin 2,6 milyard avroluq daşınmaz əmlakı məhkəmənin qərarı ilə möhürlənib.