Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

15/04/2024 - 12:39

“Aprel ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb”.

Bu barədə “Qafqazinfo”ya BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri İlahə Hüseynova məlumat verib.

“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - İ.Hüseynova qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ