Erməni nazir Rusiya telekanallarının yayımının dayandırılacağını istisna etməyib

15/04/2024 - 16:54

“Əsas məqsədimiz Rusiya telekanallarının yayımının dayandırılması yox, rəsmi Moskvanın öhdəliklərinə əməl etməsidir”.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib. O, deyib ki, Rusiya kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair razılaşmaya dair təklifləri qəbul etməlidir:

    “Əlbəttə ki, bu baş verməsə Rusiyaya aid televiziya kanallarının yayımı dayandırılacaq. Bununla yanaşı, sanksiya xarakterli digər tədbirlərin görülməsi də nəzərdə tutulub. Narahatlığımız səbəbsiz deyil. Çünki adı çəkilən ölkənin televiziya kanallarında dəfələrlə əməkdaşlıq ruhuna zidd verilişlərin yayımlanması müşahidə olunub. Rusiya tərəfi ilə müzakirələrdə fikir ayrılığı yaradan əsas məsələ bu cür anti-Ermənistan xarakterli çıxışlara yol verilməməsinin söz azadlığına zidd olub-olmaması müzakirə edilib. Fikir ayrılığına səbəb olan əsas məsələ də məhz budur. ”.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ