ARİF HACILI NİYƏ İSTEFA VERİB? – Pənah Hüseyn və Oqtay Qasımovdan açıqlama

15/01/2024 - 21:06

“Arif bəyin “Elçibəy İnstitutu”nun təsisçiliyindən istefa verməsi barədə xəbəri mən də sosial şəbəklərdən və saytlardan öyrəndim. Açığı, mənə aydın deyil ki, kifayət qədər ciddi siyasətçi olan Arif Hacılının istefasının səbəbləri nədir, yəqin ki, özü aydınlıq gətirər”.

Bunu “AzPolitika.info”ya açıqlamasında AXP sədri, “Elçibəy İnstitutu”nun təsisçilərindən biri olan Pənah Hüseyn bildirib.

O, Müsavat Başqanın səsləndirdiyi "Elçibəy İnstitutu"nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə edir" ittihamına belə münasibət bildirib: “Bu ittihamın kimə ünvanladığı barədə də məlumatlı deyiləm. Yəqin ki, Arif bəy özü aydınlıq gətirəcək. Hər halda onun öz fikirlərini açıq şəkildə ifadə etmək hüququ var”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33