“Armageddon generalı” Ukrayna hərbçiləri üçün “təhlükəli düşmən” adlandırıldı – SUROVİKİN PUTİNİ İNANDIRIB Kİ…

12/12/2022 - 09:44

““Xüsusi əməliyyat”ın yeni komandiri Sergey Surovikin Ukraynada cəbhə xəttini sabitləşdirib və Rusiya ordusuna nizam-intizam gətirib. Buna görə də o, ukraynalılar üçün təhlükəli rəqibdir”.

Qafqaz.media xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.

Nəşr Sergey Surovikin nailiyyətlərindən biri kimi Xersondan ruslar üçün qırğına çevrilməyən qansız geri çəkilməni göstərir. Məqalədə deyilir: “Geri çəkildikdən sonra rus əsgərləri Dneprin təbii müdafiəsindən istifadə edən səngərlər şəbəkəsi qazıblar və Ukrayna qüvvələrinin onları yarması çətin olacaq”.

Ukraine updates: Russia orders troops fall back in Kherson – DW – 11/09/2022

Qəzet qeyd edir ki, Surovikin “Armageddon generalı” ləqəbini 2017-ci ildə Suriyada prezident Bəşər Əsədi dəstəkləyən Rusiya qoşunlarının komandanı olduğu vaxt alıb.

Nəşrin jurnalistləri hesab edirlər ki, Putini Ukrayna infrastrukturuna kütləvi hücumlar etməyə inandıran Surovikin olub.

Crimea bridge blast deals major blow to Putin as he names new military chief

“Məhz bu amansızlıq və təfərrüata diqqət yetirilməsi general Surovikini güclü rəqibə çevirir”, - təqaüddə olan avstraliyalı general və hərbi analitik Mik Rayan nəşrə bildirib.

Qəzetin yazdığına görə, Surovikin müdafiəyə çəkilmək niyyətində deyil: “Bunun real olub-olmamasından asılı olmayaraq, Putin Ukraynadakı ali baş komandanından daha çox aqressiya və daha çox hərbi uğur gözləyir”.

Putin'in 'acımasız' komutanı: General Sergey Surovikin - YouTube

Qafqaz.media