Avropa İttifaqı Ukraynaya silah tədarükü üçün əlavə maliyyə ayırır

08/12/2022 - 22:40

Avropa İttifaqı gələn həftə Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün nəzərdə tutulan fondu ən azı 2 milyard avro artıracaq.

Qafqaz.media xəbər verir ki, bu barədə “Bloomberg” xəbər verir.

Hazırda fondun limiti 2021-2027-ci illər üzrə hərbi yardımın maliyyələşdirilməsi üçün 6 milyard avrodur. Onun hesabına təkcə Ukraynaya deyil, bir sıra digər ölkələrə də silah tədarükü edilir, lakin ümumi məbləğin ən azı yarısı Kiyev üçün saxlanılır.

Maliyyələşdirmənin artırılması ilə bağlı sənəd dekabrın 12-də imzalana bilər. Gələcəkdə fondun həcmi daha da artırıla bilər.

Qafqaz.media