Aybəniz Haşımova klip çəkdirəcək

27/03/2024 - 08:58

Respublikanın əməkdar artisti Aybəniz Haşımova illərin retro mahnısı, ilk ifaçısı xalq artisti İslam Rzayev olan " Biri sənsən, biri mən" adlı  mahnıya klip çəkdirəcək. Qeyd edək ki, mahnının sözləri: Bəxtiyar Vahabzadənin, musiqisi: Əhsən Dadaşovundur. Mahnı Aybəniz xanımın da ifasında çox sevilib.

Klipi mərhum, General, şəhid Polad Haşımovun əziz xatirəsinə ithaf edəcək. Aybəniz xanımın da dediyinə görə, rəhmətlik, General Polad qardaşımız həmin mahnını çox bəyənirmiş. O, mahnıya dəfələrlə qulaq asırmış. Yeni klipiniz uğurlu olsun, dəyərli sənətkarımız!!!

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49